BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla davam edən müharibə demək olar ki, tamamlanmaq üzrədir və hərbi əməliyyatların yaxın vaxtlarda sona çata biləcəyi ehtimal olunur.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə CBS telekanalına açıqlamasında danışıb.
Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, müharibə böyük ölçüdə başa çatıb və qarşı tərəfin hərbi imkanları ciddi şəkildə zəiflədilib.
ABŞ prezidenti iddia edib ki, İranın dəniz qüvvələri, hava qüvvələri və rabitə imkanları ciddi zərbə alıb və bu, münaqişənin gedişinə əhəmiyyətli təsir göstərib.
Tramp həmçinin qeyd edib ki, əvvəlki proqnozlara görə müharibənin dörd-beş həftə davam edə biləcəyi ehtimal edilirdi, lakin mövcud vəziyyət həmin müddətdən xeyli əvvəl nəticə əldə olunacağını göstərir.
Məlumata görə, Trampın açıqlamasından sonra ABŞ fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb.