AZ

Avropada qaz qiymətləri sürətlə artır

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada qaz qiymətləri sürətlə artır.

Banco.az xəbər verir ki, ABŞ və İsrailin İrana birgə hücumlarından sonra qlobal enerji təchizatı baxımından strateji əhəmiyyətə malik Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinin demək olar ki, dayanması və “Qatar Energy” şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) müəssisəsində istehsalın dayandırılması fonunda Avropada qaz qiymətlərində artım davam edir.

Avropada ən dərin və ən böyük likvidliyə malik təbii qaz ticarət mərkəzi sayılan Niderland mənşəli virtual qaz ticarət nöqtəsi TTFdə ABŞ və İsrailin İrana hücumlarından əvvəl – 27 fevral tarixində aprel ayı üzrə fyuçers müqavilələrində meqavat-saat üçün 31,95 avro səviyyəsində bağlanan qaz qiymətləri hücumlardan sonra keçən bir həftə ərzində 67 faiz artaraq 53,4 avroya qədər yüksəlib.

ABŞ, İsrail və İran arasında hücumların daha da şiddətlənməsindən sonra qaz qiymətləri bu gün Bak; vaxtı ilə saat 11:00-a olan məlumata görə meqavat-saat üçün 68,5 avro səviyyəsindən açılıb.

Beləliklə, qiymətlər açılışda ötən həftənin cümə günü qeydə alınan bağlanış göstəricisi ilə müqayisədə 28,5 faiz artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
banco.az

2Mənbələr