AZ

Ursula fon der Lyayen səlahiyyətlərini aşmaqda ittiham olundu

Avropa hökumətləri ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının ilk günlərində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin addımlarından narazılıq ifadə ediblər. Avropa İttifaqının diplomatları və rəsmiləri hesab edirlər ki, o, özünə aid olmayan diplomatik rolu üzərinə götürərək səlahiyyətlərini aşıb.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Məlumata görə, fon der Lyayen Tehranda hakimiyyət dəyişikliyini açıq şəkildə dəstəkləyib və üzv dövlətlərin mandatı olmadan Fars körfəzi ölkələrinin liderləri ilə ondan çox telefon danışığı aparıb. Halbuki bu funksiyalar ənənəvi olaraq Aİ-nin xarici siyasətinə rəhbərlik edən Kaya Kallasın səlahiyyətlərinə daxildir.

Diplomatlar vurğulayırlar ki, fon der Lyayenin bəyanatları formal olaraq Avropa İttifaqının mövqeyini əks etdirmir və uzunmüddətli maraqlara zidd ola bilər. Xüsusilə onun İranda hakimiyyət dəyişikliyini dəstəkləməsi blokun bəzi ölkələrinin, o cümlədən ABŞ və İsrailin zərbələrini tənqid edən İspaniyanın mövqeyi ilə uyğun gəlmir.

Avropa Komissiyasında isə bu ittihamlar rədd edilib. Bildirilib ki, xarici ölkə liderləri ilə əlaqələrin qurulması Komissiya sədrinin vəzifələrinin ayrılmaz hissəsidir. Qeyd olunub ki, 27 ölkə tərəfindən razılaşdırılmış rəsmi mövqe Aİ-nin xarici siyasət xidmətinin rəhbəri tərəfindən açıqlanıb.

Seçilən
0
4
moderator.az

5Mənbələr