AZ

2025 ci ilin ən pis məişət cihazı seçildi: Bu paltaryuyan maşını almayın

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yeni nəsil məişət texnikasının dözümlülüyü ilə bağlı müzakirələr davam edərkən "Consumer Reports" təşkilatı 2025-ci ilin ən uğursuz cihazlarının siyahısını açıqlayıb. Onlarla cihaz arasında aparılan sınaqlar nəticəsində modellərdən biri həm aşağı keyfiyyəti, həm də hədsiz səs-küy salması ilə "ən pis seçim" adını qazanıb. "Slashgear" nəşrində yer alan məlumata görə, istehsalçıların məhsul ömrünü qəsdən qısa tutması barədə şikayətlər artsa da, bəzi modellər elə ilk gündən gözləntiləri doğrultmur.Demokrat.az-ın məlumatına görə sınaqlarda ən aşağı bal toplayaraq böyük məyusluq yaradan model Çin texnologiya nəhənginə məxsus "Midea MLTW41A1BWW" olub. Üstdən yükləməli olan bu cihaz yuma səmərəliliyi kateqoriyasında siyahının ən sonunda qərarlaşıb. Araşdırmalar göstərir ki, maşının təklif etdiyi çoxsaylı rejimlər əslində heç bir əhəmiyyət kəsb etmir, çünki cihaz hətta təməl təmizlik funksiyasını belə yerinə yetirə bilmir. Paltaryuyan maşın pis performansla yanaşı, iş zamanı narahatlıq yaradan dərəcədə yüksək səs çıxarır.Brend etibarlılığı baxımından aparılan müqayisələrdə "Midea" 20 aparıcı istehsalçı arasında yalnız 14-cü pillədə qərarlaşa bilib. Siyahının zirvəsində "GE", "LG" və "Speed Queen" kimi markalar yer aldığı halda, "Bosch" və "Miele" kimi nəhənglər də mühəndislik keyfiyyətinə görə sözügedən modeli geridə qoyub.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
demokrat.az

1Mənbələr