AZ

İsrail ordusu SEPAH-ın PUA qərargahına zərbələr endirdiyini bildirib

İsrail Hərbi Hava Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz uçuş aparatlarının qərargahına hücum edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"İsrail Hərbi Hava Qüvvələri İranın bir neçə bölgəsində onlarla hədəfə növbəti zərbələr endirib. Zərbələr çərçivəsində İsrail ordusu İran rejiminin İsrailə doğru dronlar atdığı SEPAH-nın pilotsuz təyyarələrinin qərargahına hücum edib", - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr