AZ

Messinin "İnter Mayami"dəki qazancı məlum oldu

“İnter Mayami” klubunun rəhbərlərindən biri olan Xorxe Mas Lionel Messinin qazancını açıqlayıb. Metbuat.az xəbər verir ki, Messinin “İnter Mayami”də illik 70-80 milyon dollar qazandığı məlum olub. Məlumata görə, 2023-cü ildə ABŞ-yə transfer olan Messi klubla müqaviləsini 2028-ci ilə qədər uzadıb. Messi ABŞ-də liqa tarixində ən çox maaş alan oyunçu olub.

Xəbərdə deyilir ki, Messinin məvacibi ilə bağlı detallar MLS Oyunçular Assosiasiyası vasitəsilə ictimaiyyətə açıq olsa da, Mas tərəfindən açıqlanan detallar futbolçunun klubdakı müxtəlif gəlir paketlərini əhatə edir.

Seçilən
19
metbuat.az

1Mənbələr