AZ

Trampdan Xameneinin oğlunun seçilməsinə ilk reaksiya

İranda Əli Xameneinin ölümündən sonra yeni dini rəhbər seçilməsinə ABŞ Prezidenti Donald Trampdan ilk reaksiya gəlib. Tramp Müctəba Xameneinin seçilməsindən narazılığını ifadə edərək, "Məmnun deyiləm" deyib.

Milli.Az xəbər verir ki, İranın Ekspertlər Şurası 28 fevralda ABŞ və İsrailin hava hücumu nəticəsində öldürülən Əli Xameneyinin yerinə onun oğlu Müctəba Xameneini "səslərin mütləq çoxluğu" ilə yeni dini lider seçdiyini rəsmən elan edib.

Tramp hələ seçki prosesi başa çatmamışdan əvvəl verdiyi bəyanatda Müctəba Xameneinin namizədliyinə qarşı çıxmışdı: "İranda ən çox ehtimal olunan varis Müctəba Xameneidir, lakin bu qəbulolunmazdır. Mən Xameneinin siyasətini davam etdirəcək və ABŞ-ni 5 ildən sonra müharibəyə məcbur edəcək bir İran lideri istəmirəm."

Müctəba Hüseyni Xamenei 17 sentyabr 1969-cu ildə Məşhəd şəhərində anadan olub.

1979-cu ildə ailəsi Tehrana köçdükdən sonra Qum şəhərindəki dini mədrəsədə təhsil alıb, fiqh və üsul dərsləri üzrə irəli səviyyədə biliklərə yiyələnib. O, şiə məzhəbində ən yüksək dini səviyyə sayılan "müctəhid" statusuna malikdir.

1980-1988-ci illər İran-İraq müharibəsi zamanı "Bəsic" könüllü qüvvələrinin tərkibində cəbhədə döyüşüb.

Rəsmi bir vəzifəsi olmasa da, 2000-ci illərin ortalarından etibarən İranın daxili və xarici siyasətində, xüsusən də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanları ilə sıx əlaqələri vasitəsilə böyük təsirə malik olduğu bildirilir.

Müctəba Xamenei adətən mediadan uzaq bir həyat sürməyə üstünlük verib və onun şəxsi həyatı haqqında məlumatlar olduqca məhduddur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
17
milli.az

1Mənbələr