AZ

Azər Bağırov: Əsl azarkeşlər dar gündə tanınır

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Kəpəz" Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

- Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər komandanın yanında oldular. Yaxşı və pis günümüzdə yanımızda olmalarını istəyirəm. Əsl azarkeşlər dar gündə tanınır. Matça gəldikdə, yaxşı komandaya qarşı oynadıq. "Zirə"də illərin oturuşmuş heyəti var. Rəqibin güclü tərəflərini futbolçulara demişdik. Maraqlı oyun alındı. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra toparlandıq. Daha dəqiq oynamağı bacarsaydıq, sonuncu dəqiqədə qələbəni əldən verməzdik. Əfsuslar olsun. Önümüzə baxacağıq. Qarşıda çətin oyunlarımız var. "Zirə"yə uğurlar arzulayıram.

- Bu gün "Kəpəz" 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- Son saniyələrdə qol buraxdığımızı nəzərə alsaq, mənə elə gəlir ki, biz 2 xal itirdik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
sportal.az

5Mənbələr