AZ

Daha diqqətli olsaydıq, qələbəni əldən verməzdik Azər Bağırov

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Daha diqqətli olsaydıq, qələbəni əldən verməzdik" - Azər Bağırov

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Kəpəz" "Zirə"nin qonağı olub. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"Azarkeşlərimizə sona qədər komandanın yanında olduqları üçün təşəkkür edirəm. İstərdim ki, həm yaxşı, həm də çətin günlərimizdə hər zaman belə dəstək nümayiş etdirsinlər, çünki əsl azarkeş məhz dar gündə tanınır.

Matça gəldikdə isə kifayət qədər güclü rəqibə qarşı oynadıq. "Zirə" illərdir oturuşmuş heyətə malik komandadır. Futbolçularıma rəqibin üstün cəhətləri barədə lazımi tapşırıqları vermişdim. Olduqca maraqlı oyun alındı. İlk 10 dəqiqə bizim üçün bir qədər uğursuz keçsə də, sonradan toparlanmağı bacardıq. Əgər daha diqqətli və dəqiq oynasaydıq, son saniyələrdə qələbəni əldən verməzdik. Təəssüf ki, belə alındı. Artıq bu matçı geridə qoyub önümüzə baxmalıyıq, çünki qarşıda bizi daha çətin sınaqlar gözləyir. "Zirə"yə isə gələcək oyunlarda uğurlar arzulayıram".

Mütəxəssis son dəqiqədə buraxılan qola görə qazanılan bir xalı itki kimi qiymətləndirib:

"Matçın son saniyələrində qol buraxdığımızı nəzərə alsaq, hesab edirəm ki, biz bu gün iki xal itirdik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
qol.az

2Mənbələr