AZ

"Son saniyələrə kimi daha dəqiq oynasaydıq..." - Azər Bağırov

"Kəpəz" Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Azarkeşlərimizə təşəkkür edirəm ki, sonadək komandanın yanında oldular. Yaxşı və pis günümüzdə də yanımızda olmalarını istəyirəm. Yaxşı komandaya qarşı oynadıq. "Zirə" illərdir oturuşmuş bir komandadır və biz bunu bilirdik. Sürətli hücumlar, əks hücumlar qurduqlarınırı matçdan qabaq futbolçulara bildirmişdim. Maraqlı qarşılaşma alındı. İlk 10 dəqiqəyə yaxşı başlamadıq. Amma sonra toparlandıq və son saniyələrə kimi daha dəqiq oynasaydıq, qələbəni əldən buraxmazdıq. Bundan sonra irəliyə baxmalıyıq, qarşıda çətin matçlarımız var.

Seçilən
1
1
fanat.az

2Mənbələr