Prezident Donald Trampın İranın "qeyd-şərtsiz təslim olması" tələbi iranlıların bunu etiraf etmək istəməsindən, qürur və şərəflərinin bunu ucadan deməsinə imkan verib-verməməsindən asılı olmayaraq, yerinə yetiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Pit Heqset CBS-yə müsahibəsində deyib.
“Bu, müharibədir. Bu, münaqişədir. Bu, düşməni diz çökdürməkdir. Onlar Tehranda bir meydanda mərasim keçirib silahlarını təslim edəcəklərmi? - özlərindən asılıdır”, - Heqset bildirib.
O, ABŞ-ın hələ İranda quru qoşunları yerləşdirmədiyini qeyd edib, lakin bu ehtimalı istisna etməyib:
“Uğur qazanmaq üçün lazım olan qədər irəli getməyə hazırıq. İranın dəniz qüvvələri əsasən məhv edilib. Onların regionda güc nümayiş etdirmək qabiliyyəti azalır və azalmağa davam edəcək”.