Türkiyə qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəydir. Bölgəmizdə sülh və sabitliyi pozacaq hər hansı bir ssenariyə qarşıyıq. Heç kim səhv hesablar etməsin. Qardaşı qardaşa qarşı qoyacaq tələyə düşməməliyik.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti ölkənin İran böhranına qarışmasının qarşısını almaq və ölkə iqtisadiyyatına dəyən ziyanı minimuma endirmək üçün müvafiq addımlar atır.