ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İsrailə qarşı yeni raket zərbələri dalğası başlatdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Məlumata görə, hücumlar ölkənin müxtəlif hərbi bölmələri tərəfindən koordinasiyalı şəkildə həyata keçirilir. Bildirilir ki, raketlər İsrail ərazisində müəyyən hərbi və strateji obyektləri hədəf almaq məqsədilə buraxılıb.
İran mediasının məlumatında qeyd olunur ki, hücumlar son günlər regionda artan gərginliyə cavab olaraq həyata keçirilir. Televiziya kanalı əməliyyatın bir neçə mərhələdən ibarət ola biləcəyini və zərbələrin davam edə biləcəyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.