AZ

Rihannanın evinə tüfəngli hücum oldu: 9 dəfə atəş

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Məşhur müğənni Rihannanın evinə silahlı hücum həyata keçirilib.

Hücum edən şəxs hadisədən sonra saxlanılıb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb. Bildirilir ki, hücum baş verən vaxt Rihanna evdə olub.

Sherg.az xəbər verir ki, Barbados əsilli pop müğənnisi Rihannanın ABŞ-nin Kaliforniya ştatındakı evinə hücum təşkil edilib. Müğənninin evinə atəş açıldığı bildirilsə də, hadisə nəticəsində ölən və ya yaralanan olmadığı qeyd olunub.

Polis rəsmiləri Rihannanın Beverli-Hillz bölgəsində yerləşən evinə günorta saatlarında atəş açıldığını təsdiqləyiblər. Mərmilərin evin müxtəlif hissələrinə dəydiyi bildirilib. Rəsmilər hadisə zamanı məşhur müğənninin evdə olduğunu da açıqlayıblar.

Məlumata görə, 30 yaşlı qadın hücumçu avtomobillə gələrək AR-15 tipli tüfəngdən 9 dəfə atəş açıb, onlardan 4 güllə evə dəyib. Hücumçu hadisə yerindən sürətlə uzaqlaşıb, lakin təxminən 12 kilometr məsafədə saxlanılaraq nəzarətə götürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
sherg.az

1Mənbələr