AZ

12 korrupsiyaya işi üzrə 30 nəfər tutuldu

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az bu barədə Gürcüstan mətbuatına istinadla xəbər verir. Məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı antikorrupsiya tədbirləri nəticəsində 12 müxtəlif cinayət işi üzrə aşkar edilmiş korrupsiya cinayətlərinə görə 30 nəfər həbs olunaraq məsuliyyətə cəlb edilib. Həbs olunan şəxslər rüşvət almaq, dələduzluq, vəzifəsindən sui istifadə, şantaj, vəzifə saxtakarlığı və s. maddələr üzrə ittiham olunurlar. Araşdırma çərçivəsində: Axmeta bələdiyyəsində rüşvət alma faktı ilə bağlı iki nəfər saxlanılıb; Kobuletidə vəzifə səlahiyyətlərini aşma və saxtakarlıq faktı üzrə iki nəfər tutulub; Tbilisidə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşı torpaq icarəsinə kömək etmək vədi ilə pul tələb etməkdə şübhəli bilinir; Bir neçə bələdiyyədə dövlət torpaqlarının saxta sənədlərlə vətəndaşların adına rəsmiləşdirilməsi halları müəyyən edilib. Bundan başqa, Marneuli bələdiyyəsində torpaq sahəsinin bölünməsi ilə bağlı müsbət qərar verilməsi müqabilində 60 min dollar rüşvət tələb edilməsi faktı üzrə də cinayət işi başlanıb. İstintaq həmçinin Senaki və Khulo bələdiyyələrində dövlət vəsaitlərinin mənimsənilməsi və dövlət satınalmaları zamanı saxta sənədlərdən istifadə olunması faktlarını aşkar edib. Saxlanılan şəxslər barəsində Gürcüstan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə istintaq aparılır və bu maddələr üzrə 4 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qeyd olunub ki, DTX-nin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi Gürcüstanın korrupsiyanın aşağı səviyyəsinə malik dünyanın aparıcı ölkələrindən biri olmasına nail olana qədər bütün növ korrupsiya cinayətlərinin aşkarlanması və qarşısının alınması üzərində işləməyə davam edəcək". R.Əliyeva

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
azvision.az

1Mənbələr