AZ

Məktəbəqədər təhsilin inkişafı və transformasiyası I Beynəlxalq Təhsil Forumuna qeydiyyat başlayıb

525.az saytına istinadən ain.az xəbər verir.

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” I Beynəlxalq Təhsil Forumu keçiriləcək.

525.az-a Universitetdən bildirilib ki, forumun əsas məqsədi pedaqoji sahədəki son yenilikləri bölüşmək, qlobal təhsil trendlərini müzakirə etmək və müəllimlərin peşəkar inkişafına dəstək olmaqdır. Tədbir həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə interaktiv formatda keçiriləcək.

Foruma qatılmaq istəyən pedaqoji heyət üzvləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş şəxslərə tədbirin proqramı və giriş detalları barədə əlavə məlumat göndəriləcəkdir.

Qeydiyyat üçün link.

Son müraciət tarixi aperlin 17-sidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
525.az

1Mənbələr