Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, yol qəzası zamanı 3 minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev