Unay Emeri mövsümün sonunda “Aston Villa”dan ayrıla bilər.
"Football-plus.az" xəbər verir ki, 54 yaşlı baş məşqçi klubun maliyyə siyasətindən narazıdı. Emerini xüsusilə transferlərə qoyulan məhdudiyyətlər qane etmir. “Aston Villa” son illərdə həm İngiltərə premyer-liqasının, həm də UEFA-nın maliyyə qaydalarına əməl etməkdə çətinlik yaşayır.
Fevral ayında yayılan xəbərlərə əsasən, klub ötən mövsüm əldə etdiyi gəlirə baxmayaraq yenidən UEFA tərəfindən cərimələnə bilər. Bu isə komandanın heyətə xərclədiyi vəsaitlə bağlı qaydaların pozulması ilə əlaqələndirilir. UEFA-nın qaydalarına görə, klublar maaşlar, transfer haqları və agent komissiyalarına gəlirlərinin maksimum 70 faizini xərcləyə bilər.
Xatırladaq ki, Emeri “Aston Villa”nı 2022-ci ildən çalışdırır. Komanda hazırda çempionatda 4-cü yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta