AZ

Ərdoğan: İrandakı vəziyyətlə əlaqədar Türkiyənin bütün orqanları hazırlıq vəziyyətindədir

BAKI, 9 mart. TELEQRAF

"Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütündövlət qurumları yüksək hazırlıq vəziyyətindədir".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Nazirlər Kabinetinin martın 9-da keçirilən toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz böhranın iqtisadiyyatdan ticarətə və sərhəd təhlükəsizliyinə qədər müxtəlif sektorlara potensial təsirini qiymətləndirdik. Əsas məqsədimiz ölkəmizi bu yanğından qorumaq, Türkiyənin təhlükəsizliyini təmin etmək və 86 milyon vətəndaşının rahatlığını təmin etməkdir. Bütün qurumlarımız 28 fevraldan bəri yüksək hazırlıq vəziyyətindədir", - deyə dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə İrana ərazisindən raket hücumları ilə bağlı xəbərdarlıq edib.

Seçilən
95
12
teleqraf.com

10Mənbələr