AZ

"Burnumu bəyənməyən kanalı çevirsin" - Xalq artisti 

"Bəziləri sual verib ki, Tünzalə xanım, burnunuzu dəyişmək istəməmisiniz? Demişəm ki, xoşuna gəlmir, kanalı çevir. Mən burnumdan məmnunam".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Zarafat bir yana" verilində deyib. O, burnunu niyə əməliyyat etdirməməsinə belə aydınlıq gətirib:

"Əməliyyat etsəm, Tünzalə olmayacağam. Belə şeylərdən qorxuram. Əgər nəfəs almağımda problem yoxdursa, niyə əməliyyat etdirim? Heç kimi də əməliyyat etdirir deyə qınaya bilmərəm. Amma çalışın ki, problem yoxdursa, gül kimi simanızı dəyişməyin".

Seçilən
29
1
bakivaxti.az

2Mənbələr