AZ

Matçdan sonra dava düşdü, 23 futbolçu qırmızı vərəqə aldı

style='margin-bottom:10px;'>

Braziliya çempionatının "Mineyro" ştat liqasının finalında "Kruzeyro" və "Atletiko Mineyro" komandaları arasında keçirilən qarşılaşma dünya futbol tarixinə keçəcək qalmaqalla başa çatıb.

QOL.az xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, "Kruzeyro"nun 1:0 hesablı qələbəsi ilə bitən matçdan sonra baş verən kütləvi dava nəticəsində 23 futbolçuya qırmızı vərəqə göstərilib.

Braziliyanın "O Globo" qəzetinin məlumatına görə, bu, ölkə futbolu tarixində bir oyunda göstərilən ən çox qırmızı vərəqə sayıdır. Bundan daha öncəki rekord 1954-cü ildə "Portugeza" və "Botafoqo" matçında (22 qırmızı vərəqə) qeydə alınıb.

Qeyd edək ki, hadisələr oyunun son dəqiqələrində "Atletiko"nun qapıçısı Eversonun "Kruzeyro"nun yarımmüdafiəçisi Kristianı yerə yıxması ilə başlayıb. Bu insidentdən sonra hər iki komandanın oyunçuları və texniki heyəti arasında kütləvi dava düşüb. Baş hakim Mateus Delqado Kandankan oyunun rəsmi protokolunda "Kruzeyro"dan 12, "Atletiko Mineyro"dan isə 11 futbolçunu meydandan qovduğunu qeyd edib.

Seçilən
83
1
teleqraf.com

2Mənbələr