AZ

"Zirə" ilə "Kəpəz" qarşılaşır - CANLI YAYIM

Misli Premyer Liqasının XXIII turunda bu gün daha 2 oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün ilk qarşılaşmasında avrokuboklara iddialı olan "Zirə" autsayderlər sırasından qurtulmağa çalışan "Kəpəz"i qəbul edəcək.

Matç Zirə İdman Kompleksinin stadionunda, saat 18:30-da başlayacaq.

Ardınca isə son turlar yüksəlişdə olan "Neftçi" "Palms Sports Arena"da "Turan Tovuz"u sınağa çəkəcək. Sözügedən qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək.

"Turan Tovuz" 41 xalla turnir cədəlinin üçüncü pilləsində qərarlaşıb. "Zirə" 38 xalla dördüncüdür. "Neftçi" 31 xalla yeddinci, 16 xala malik "Kəpəz" isə onuncudur.

Turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib.

18:30. "Zirə" – "Kəpəz" 0:0

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov.

VAR: Elvin Bayramov.

AVAR: Cavid Cəlilov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Zirə İdman Kompleksinin stadionu

20:30. "Neftçi" – "Turan Tovuz"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.

VAR: Elçin Məsiyev.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"Palms Sports Arena"

Seçilən
72
sportinfo.az

1Mənbələr