Paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani, 70 ünvanında yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, onların yaşadıqları binanın altındakı zirzəmi bəzi şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunub.
Sakinlər mövcud problemlə bağlı narazılıqlarını belə ifadə ediblər:
“Bizim binanın zirzəmisi layihə üzrə qarajdır, lakin girişi və çıxışı tanımadığımız kənar şəxslər tərəfindən zəbt olunub. Əgər burada yanğın hadisəsi baş verərsə, hesab edin ki, bu bina tamamilə yanacaq. Qeyri-qanuni zəbt olunmuş binanın qarajına giriş-çıxışlar boşaldılsın. Xahiş edirik, aidiyyəti qurumlardan tələb edilsin ki, bu ərazilər boşaldılsın”.