AZ

“Queen Gecəsi” konsert proqramı təqdim olundu - FOTO

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı səhnəsində dünya rok musiqisinin ən parlaq nümayəndələrindən olan Queen qrupunun yaradıcılığına həsr olunmuş möhtəşəm "Queen Gecəsi" konsert proqramı təqdim olundu.

Konsertdə Queen qrupunun illərdir musiqi tarixində xüsusi yer tutan məşhur hitləri gecənin əsas ifaçısı İlqar Bəkirovun təqdimatında, Mahnı Teatrının pop qrupunun müşayiəti ilə canlı səsləndi. Proqram çərçivəsində səsləndirilən əsərlər əfsanəvi solist Fredi Merkurinin sənət irsini yaşadan ən sevilən kompozisiyalardan seçilmişdi.

Tamaşaçılar "Bohemian Rhapsody", "Somebody to Love", "Don't Stop Me Now", "I Want to Break Free", "Love of My Life", "Under Pressure" və digər məşhur hitləri canlı ifada dinləmək imkanı əldə etdilər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
2
1
milli.az

2Mənbələr