AZ

Stresə və autizmə son: Pişiklərin müalicəvi sirri hər kəsi şoka saldı

İspaniyanın Alsasua şəhərində fəaliyyət göstərən "Biak Bat" assosiasiyası autizm, həyəcan pozuntusu və digər psixi sağlamlıq problemləri olan şəxslərin psixososial və təhsil terapiyasında pişiklərdən istifadə etməyə başlayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə mərkəzin əməkdaşı Nerea məlumat verib.

Terapevt izah edib ki, bu heyvanlar emosional tənzimləmənin, sosial bacarıqların inkişafına, təhlükəsiz bağlılıq hissinin formalaşmasına, qəzəbin idarə olunmasına və özünəinamın artırılmasına kömək edir.

Mütəxəssis əlavə edib ki, mərkəzdə bacarıqları və xarakterləri ilə bir-birindən kəskin fərqlənən müxtəlif pişiklərlə iş aparılır:

"Bu məşğələlər insanlara streslə daha yaxşı mübarizə aparmağı, impulsları idarə etməyi və dayanıqlı emosional bağlar qurmağı öyrədir".

Seçilən
55
publika.az

1Mənbələr