AZ

Türkiyədə ən çox bu müğənniləri dinləyirlər

Türkiyənin ən böyük dinləyici auditoriyasına malik olan qadın sənətçilərin adları açıqlanıb. Metbuat.az xəbər verir ki, siyahıya Sezen Aksu liderlik edir. Aparılan araşdırma zamanı məlum olub ki, 72 yaşlı Sezen Aksu öz həmcinsləri arasında ölkədə ən çox dinlənilən şərqiçidir. Siyahıda ikinci sırada Gülşən qərarlaşıb. Hande Yener isə üçüncüdür.İfaları dilər əzbəri olan Serteb Erener isə "qızıl üclüy"ə düşə bilməyib. Serteb Türkiyədə bütün zamanların ən çox dinlənilən qadın sənətçilərinin siyahısında dördüncüdür. Onu Ebru Gündəş təqib edir. İlk beşlik Gündəşlə tamamlanır. "Qızıl onluq" belə tamamlanır: Simge, Zeynep Bastık, Melike Şahin, Billie Eilsh və Yıldız Tilbe.

Nə qədər təəccüblü olsa da, gözəlliyi ilə göz qamaşdıran Sibel Can ən çox dinlənilən müğənnilərin siyahısına düşə bilməyib.

Seçilən
64
metbuat.az

1Mənbələr