AZ

Martin Subimendi: “Real”ın mənə ehtiyacı yoxdur” – ARENA.AZ

“Arsenal”ın ispaniyalı dayaq yarımmüdafiəçisi Martin Subimendi “Real”a mümkün keçidi ilə bağlı sualı cavablayıb.

Arena.az 27 yaşlı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Real”ın mənə ehtiyac duyduğunu düşünmürəm. Uğura müvəffəq olmaq üçün “Real” çoxlu futbolçulara malikdir. Ona görə də – yox…”, deyə Subimendi vurğulayıb.

Xatırladaq ki, Subimendi “Arsenal”a 2025-ci ilin yayında “Real Sosyedad”dan 60 milyon avro müqabilində keçib. Onun İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

İspan futbolçu indiyə qədər “Arsenal”ın heyətində 40 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Martin Subimendi “Real Sosyedad”ın məzunudur. O, “Arsenal”a qədər yalnız San-Sebastyan klubunun uğurları üçün çalışıb. İspan futbolçunun doğma klubu üçün çıxışının ümumi mənzərəsi isə 236 oyun, 10 qol və 9 məhuslar ötürmədən ibarətdir.

Subimendi 2021-ci ilin iyun ayında debüt edtdiyi İspaniya yığmasının heyətində 23 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərlqənib.

Subimendinin qənimətlər muzeyində “Real Sosyedad”la qazandığı İspaniya Kuboku (2019/2020) və həmçinin İspaniya yığması ilə qazandığı UEFA Millətlər Liqası (2023) və Avorpa Çempionatı (2024) var.

“Transfermarkt” internet-portalı 27 yaşlı ispan dayaq yarımmüdafiəçisinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
7
arena.az

10Mənbələr