AZ

Bulvarda qadının çantasını oğurladı, 30 gün həbs olundu

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Dənizkənarı Milli Parkda qadının içində qızıl olan çantasını oğurlayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, saxlanılan 1995-ci il təfəllüdlü Bakı sakini K.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs bulvarda zibil qabından "Bizon" qabları yığan zaman kənarda çanta görüb. Ətrafda heç kimin olmamasından istifadə edərək çantanı götürüb və içərisindəki qızıl üzüyü satıb. 

Məhkəmənin hökmü ilə K.B. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 30 gün müddətinə həbs tətbiq edilib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr