AZ

Kiprdə İrana casusluq etməkdə şübhəli bilinənlər saxlanılıb

Kipr hakimiyyəti 28 yaşlı Azərbaycan vətəndaşını və 27 yaşlı Estoniya vətəndaşını terrorizm və İrana casusluq etməkdə şübhəli bilinərək həbs edib. Bu barədə Estoniya yayımçısı ERR Kipr mediasına istinadən məlumat verib.

Kipr polisi bildirib ki, həbs şübhəlilərin adadan planlaşdırılan yola düşməsindən bir müddət əvvəl Larnakada baş verib. Müstəntiqlər bildiriblər ki, şübhəli Azərbaycan vətəndaşı İrana dəfələrlə səfər edib və ehtimal ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) cəlb edilib.

Kiprdə olduqları müddətdə şübhəlilər Pafos, Limasol və Larnaka şəhərlərinə səfər edərək, İsrail vətəndaşlarının tez-tez ziyarət etdiyi yerlər də daxil olmaqla, müxtəlif yerlərin şəkillərini çəkiblər. Məhkəmə şübhəlilərin səkkiz gün həbsdə saxlanılması barədə qərar qəbul edib və şəxsi əşyaları məhkəmə ekspertizası üçün müsadirə edilib.

Xatırladaq ki, naməlum pilotsuz təyyarə 2 mart bazar ertəsi gecəsi Kiprdəki Britaniya aviabazasına hücum edərək infrastruktura ziyan vurub.

Bu hadisədən sonra Fransanın Kiprə raket sistemləri, anti-dron sistemləri və freqat köçürəcəyi açıqlanıb. Fransa prezidenti Emmanuel Makron Kiprə raket sistemləri, anti-dron sistemləri və freqat yerləşdirəcəyinə söz verib.

Əziz MUSTAFA

Seçilən
12
oxumeni.az

1Mənbələr