AZ

Masallıda avtomobil daş hasara çırpılıb, sürücü ölüb

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndində baş verib. Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
66
13
yeniazerbaycan.com

10Mənbələr