AZ

Müəmmalı “Araz Naxçıvan”: oynamaq istəyənlərin və istəməyənlərin siyahısı!

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun dünən keçirilən “Qarabağ”la oyundan sonra mətbuat konfransında işlətdiyi bir cümlə hamının diqqətini çəkdi: “Bizim futbolçuların bəziləri oynamaq istəyirdi, bəziləri yox”. Ötən mövsüm çempionatda, yayda avrokuboklarda “Aris”ə qarşı xarakter göstərən futbolçular, belə çıxır ki, Demçenko gələndən sonra oynamaq istəmir. Açığı, ukraynalı mütəxəssis haqlıdı. Bir çox futbolçu, doğrudan da, meydanda özünü göstərməyə qətiyyən həvəsli deyil. “Qarabağ”la oyunu stadiondan izləyən “Football-plus.az”ın reportyoru oynamaq istəyən və istəməyən futbolçuların təxmini siyahısını hazırlayıb. Oynamaq istəyənlər: Bəxtiyar Həsənalızadə, Rahil Məmmədov, Bruno Franko, Coşqun Diniyev, Patrik Andrade, Mustafa Əhmədzadə, Hamidu Keyta, Ülvi İsgəndərov.Oynamaq istəməyənlər: Kristian Avram, Slavik Alxasov, İssuf Paro, Nuno Rodriges, Felipe Santos, Ba Muaka Simakala, Bar Kohen. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
1
icma.az

2Mənbələr