“Qarabağ”dan ayrılan Nariman Axundzadə viza məsələsini həll edərək ABŞ-a gedib.
QOL.az-ın məlumatına görə, MLS təmsilçisi “Kolambus Kru” ilə (“Columbus Crew”) müqavilə bağlayan 21 yaşlı hücumçu artıq ABŞ-dadır.
O, tezliklə yeni klubunun düşərgəsinə qoşulacaq.
Xatırladaq ki, millinin forvardı fevralın əvvəlində Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqavilə imzalayıb.