İsrail ordusu Beyrutun cənub ətraflarında "Hizbullah" qruplaşmasının infrastrukturuna yeni aviazərbələr dalğasına başlayıb.
Far.Az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, daha əvvəl hərbçilər "Hizbullah"ın kvazibank kimi istifadə etdiyi "Əl-Qard əl-Həsən" assosiasiyasının şöbələrinə zərbələr endirəcəkləri barədə xəbərdarlıq etmişdilər.