AZ

Bəqai: "İndi atəşkəs üzrə vasitəçilik barədə danışmaq yersizdir"

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, hazırda Yaxın Şərqdə atəşkəs üzrə mümkün vasitəçilik səylərinin müzakirə edilməsi yersizdir.

"Report" "Al-Jazeera"yə istinadən xəbər verir ki, o, bu barədə martın 9-u keçirilən brifinqdə bildirib.

"Hazırda döyüş əməliyyatları davam edir. Bu konkret vəziyyətdə ölkənin müdafiəsindən başqa hər hansı bir şey barədə danışmaq yersizdir", - o deyib.

İ.Bəqayi əlavə edib ki, İran məcburi müharibə aparır və bunu da özü başlatmayıb.

"Cebheinfo.az"

Seçilən
81
2
cebheinfo.az

3Mənbələr