AZ

Qazaxıstan Yaxın Şərqdən 7300 vətəndaşını təxliyə edib

Yazını böyüt
Yazını kiçilt

Yaxın Şərqdən təxliyə əməliyyatlarının başlanmasından indiyədək rezident və qeyri-rezident aviaşirkətlərin dəstəyi ilə 7300-dən çox Qazaxıstan vətəndaşı ölkəyə qaytarılıb.

Hafta.az Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazirlik səlahiyyətli qurumlarla birlikdə Yaxın Şərqdəki münaqişə zonasından vətəndaşların geri qaytarılması istiqamətində işləri davam etdirir.

Aviareyslərlə yanaşı, vətəndaşların Azərbaycan, Ermənistan və Türkmənistanın quru sərhədləri vasitəsilə də təxliyəsi həyata keçirilir.

Bildirilib ki, Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri yerlərdə fəaliyyətin koordinasiyasını davam etdirir və soydaşlarla daimi əlaqə saxlayır.

Seçilən
84
1
hafta.az

2Mənbələr