Bəhreyn Krallığında enerji sektorunun transformasiyasına rəhbərlik edən “Bapco Energies B.S.C” qrupu neft emalı üzrə fors-major elan edib.
AZƏRTAC Bəhreyn İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu addım qrupun tərkibinə daxil olan şirkətin neft emalı zavodunun bölmələrindən birinin raket hücumuna məruz qalmasından sonra atılıb.
Şirkət qeyd edib ki, qabaqlayıcı planlara uyğun olaraq, yerli bazarın bütün tələbatı tam şəkildə təmin edilib və bu, tədarüklərin fasiləsiz davam etməsinə və daxili tələbin heç bir təsir olmadan qarşılanmasına zəmanət verir.
Fors-major hal bərpa dövrü ərzində şirkəti müqavilə öhdəliklərindən azad edir.