AZ

Braziliya futbolunda belə dava olmayıb - Video

style='margin-bottom:10px;'>

Braziliyada Mineyro çempionatının final matçı xoşagəlməz sonluqla bitib.

QOL.az xəbər verir ki, "Kruzeyro" - "Atletiko Mineyro" arasında keçirilən matç əsas vaxtına əlavə edilmiş sonuncu dəqiqədə komandalar arasında dava düşüb.

Davanın aktiv iştirakçılarından biri  qonaqların ulduz futbolçusu Halk olub. 

Görüşün baş hakimi oyunda 23 nəfərə qırmızı vərəqə göstərib. Bu da Braziliya futbolu tarixində qırmızı vərəqələrin sayına görə yeni rekorddur. 

Baş hakim oyunun bitdiyini elan edib və "Kruzeyro" 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qolunu Kaio Xorxe vuraraq komandasına 7 ildən sonra ilk çempionluq titulunu qazandırıb.

Seçilən
102
1
teleqraf.com

2Mənbələr