AZ

Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı

Macarıstanın Baş naziri Viktor Orban ölkənin Müdafiə Şurası və Enerji Təhlükəsizliyi Şurasının iclaslarını çağırıb.

Marja xəbər verir ki, hökumət başçısı bu qərarı Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən qlobal bazarlarda neft qiymətlərinin kəskin artmasına, eləcə də Ukraynanın "Drujba" boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü bərpa etməkdən imtina etməsinə cavab olaraq verdiyini açıqlayıb.

“Neftin qiymətində partlayışa bənzər artım müşahidə olunur. Bunun səbəbi Ukraynanın neft blokadası və Yaxın Şərqdəki vəziyyətdir. Bizim üçün Macarıstanın enerji təhlükəsizliyi birinci yerdədir. Mən Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdım,” – deyə Viktor Orban Facebook-da yazıb.

Bazar ertəsi günü London ICE birjasında ticarətin açılışında Brent markalı xam neftin qiyməti 30 avqust 2022-ci ildən bəri ilk dəfə bir barel üçün 119 dolları keçib.

ABŞ və İsrailin İrana qarşı əməliyyat başlatması və onun cavab tədbirlərindən sonra bölgədəki ölkələri bürüyən hərbi əməliyyatlar səbəbindən Fars körfəzi bölgəsindən neft və mayeləşdirilmiş təbii qaz tədarükü azalıb.

Qeyd edək ki, Rusiya nefti 27 yanvardan bəri "Drujba" boru kəməri ilə axmır.

Seçilən
76
1
marja.az

2Mənbələr