AZ

Anası üçün oxuyub kövrəldi - VİDEO

Əməkdar artist Könül Kərimova ötən gün Heydər Əliyev Sarayında solo konsert verib. 

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, aparıcılığını Saleh Bağırovun etdiyi gecədə müğənni "Sizinlə görüşə gəldim" mahnısı ilə başlayıb. 

Bir-birinin ardınca "Bir könüldən", Bir aləm var", "Sənə kim baxdı, yarım", "Dalğalar", "Başqa birisini sevə bilməzsən" kimi mahnılarını səsləndirən Kərimova gecədə "Ana" muğamını oxuyub. 

O, tamaşaçılar arasında oturan anasına yaxınlaşaraq, muğamı onun qarşısında oxuyub. Kövrələn ifaçı anasını qucaqlayıb. 

K.Kərimovanı ailəsi gecədə tək qoymayıb. Övladları ilə yanaşı, qohumları, qardaşı da konsertdə yer alıb. 

https://www.instagram.com/reel/DVqHCRRDRdB/?utm_source=ig_web_copy_link

"Cebheinfo.az"

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr