
Nikol Paşinyan Avropa Parlamentində çıxış edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü Avropa Parlamentinin Strasburq şəhərində yerləşən plenar iclas zalında çıxış edəcək.
Avropa Parlamentinin mətbuat xidmətinin məlumatına görə, Paşinyanın çıxışı Ermənistanın 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf edir. Gözlənilir ki, həmin seçkilər ölkənin Avropa İttifaqı ilə sürətlə inkişaf edən münasibətlərinin gələcək istiqamətini, eləcə də qonşu Azərbaycanla sülh prosesinin gedişini müəyyənləşdirəcək.
Eyni zamanda rəsmi İrəvan Qərb strukturları ilə yaxınlaşma siyasətini davam etdirir və gələcəkdə Avropa İttifaqına üzvlük üçün müraciət imkanını da nəzərdən keçirir.
Hazırda Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşdırılması üzrə dialoq aparılır. Bundan əlavə, mayın 5-də ayrıca Aİ–Ermənistan sammitinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu, Nikol Paşinyanın Avropa Parlamentində ikinci çıxışı olacaq. O, bundan əvvəl 2023-cü ildə Strasburqa səfəri zamanı Avropa parlamentariləri qarşısında çıxış edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta