AZ

ABŞ Yaxın Şərqdə həmin silahlardan istifadə edir - Müttəfiqlər narahatdır

ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri daha əvvəl Birləşmiş Ştatlardan aldıqları silahları heç vaxt əldə etməyəcəklərindən ehtiyat edir. Buna səbəb isə regionda gərginliyin artması fonunda həmin silahların Yaxın Şərqə yönləndirilməsidir.

Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ müttəfiqləri Pentaqonun İranla müharibəyə dəstək üçün silah tədarüklərini başqa istiqamətə yönləndirməsini narahatlıq və narazılıqla izləyirlər.

Bildirilir ki, bəzi ölkələr ABŞ-dan satın alınan silahların heç vaxt onlara çatmayacağından ehtiyat edir.

Məqalədə qeyd olunur ki, tərəfdaş ölkələrin rəsmiləri ABŞ-ın onların pulunu ödədiyi silahları öz əməliyyatlarında istifadə etməsindən məyus olublar.

Seçilən
74
publika.az

1Mənbələr