AZ

Ermənistanda qadın bıçaqla məktəb direktoruna HÜCUM EDİB

Ajans.az yerli KİV-ə istinadən xəbər verir ki, 3 mart səhər saatlarında 37 yaşlı Nune M. şəhərdə yerləşən məktəblərdən birinə gələrək qalmaqal yaradıb. Shamshyan.com saytının məlumatına əsasən, qadın məktəbdə səsini qaldıraraq təxminən 10–15 dəqiqə ərzində nalayiq ifadələr işlədib, daha sonra isə məktəbin direktorunun kabinetinə doğru yönəlib. Bildirilir ki, o, yol boyu direktoru öldürməklə hədələyib. Direktorun kabinetinə daxil olduqdan sonra Nune M. çantasından bıçaq çıxararaq 49 yaşlı direktor Hasmik M.-ni hədələməyə başlayıb. Təhlükəni görən direktor hücumun qarşısını almaq üçün dərhal binadan çıxaraq qaçıb. Direktorun ardınca məktəbin həyətinə çıxan qadın onu tapa bilmədikdə, əlindəki bıçaqla direktorun BMW markalı avtomobilini cızıb. Hadisə yerinə çağırılan polis əməkdaşları Nune M.-ni saxlayıblar. Onun üzərindən bıçaq götürülüb. Faktla bağlı materiallar hazırlanıb və araşdırma aparılır.

 

Seçilən
78
Ajans.az

1Mənbələr