AZ

Ölkə kubokunun yarımfinal oyunlarının vaxtı dəyişə bilər! “Qarabağ”la “Sabah” gözləyir

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Martın 4-ü-5-i aralığında keçirilən oyunlardan sonra Bizon ölkə kubokunda bütün yarımfinalçıların adına aydınlıq gəldi. Bəlli oldu ki, bu mərhələdə “Sabah” “Qarabağ”la, “Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq.“Football-plus.az” PFL-in saytına istinadla xəbər verir ki, “Qarabağ”la “Turan Tovuz” ilk oyununu evdə, cavab görüşünü səfərdə keçirəcək.Bəs, qarşılaşmalar nə vaxt olacaq? PFL-in mövsümün əvvəlində açıqladığı təqvimə inansaq, ilk matçlar aprelin 2-də, cavab görüşləri isə 22-də keçirilməlidi.Maraqlıdı, təqvimdə hansısa dəyişiklik olacaqmı? Yoxsa artıq oyun günləri dəqiqdi, bəllidi?Bu suallarla PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etsək də, dəqiq cavab almadıq. Qurum rəmsisi “Football-plus.az”a dəqiq tarixlərin qarşıdakı günlərdə açıqlanacağını dedi.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
1
icma.az

2Mənbələr