AZ

Avropa Birliyi gürcü diplomatları üçün vizasız səfərləri dayandırıb...



Avropa Birliyi (AB) Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahəti dayandırıb. Avropa Komissiyasının (AK) mətbuat açıqlamasına görə, artıq onlar rəsmi məqsədlər üçün Şengen zonasına daxil olarkən onlardan viza tələb edilir. Brüssel bildirib ki, Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının səbəbi ölkənin demokratiya və insan hüquqları sahəsindəki öhdəliklərini pozmasıdır. "Hökumət öz xalqına hücum etdikdə, jurnalistləri susdurduqda və azadlığı məhdudlaşdırdıqda, bunun nəticələri olur. AB artıq Gürcüstanın demokratik prinsiplərdən geri çəkilməsinə görə maliyyələşdirilməsini dayandırıb. Bu gün Avropa repressiv Gürcüstan hakimiyyəti ilə əlaqəli şəxslərin, o cümlədən gürcü diplomatlarının Avropa Birliyinə girişini qadağan edir. Gürcüstan xalqı bizim tam dəstəyimizə malikdir, lakin repressiyanı təmsil edənlər üçün Birliyimizdə yer yoxdur", - deyə AB-ın Ali Nümayəndəsi Kaja Kallas bildirib. İradə SARIYEVA
Seçilən
41
baki-xeber.com

1Mənbələr