AZ

Trampa ağır zərbə: “İran kürdləri Amerika ilə ittifaq...”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Suriyadakı kürdlər iranlı həmkarlarını ABŞ-la əməkdaşlıq etməməyə çağırıblar.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilir ki, Suriya kürdləri İrandakı silahlı qrupları ABŞ-nin xəyanətlərini və onları İrana qarşı mübarizədə tərk edilmək qorxusunu unutmamaq barədə xəbərdar ediblər.

Suriyanın şimal-şərqindəki radikal kürd qrupları İran kürdlərini rəsmi Tehrana qarşı mübarizədə ABŞ ilə əməkdaşlıq etməmək barədə müraciət ediblər.

Onlar son aylarda Suriyada olduğu kimi iranlı həmkarlarının  da taleyin hökmünə buraxılacaqlarını sübut kimi göstəriblər. 

“Reuters” agentliyinin məlumatına görə, son günlərdə Şimali İraqda yerləşən İran kürd dəstələri ABŞ ilə İranın qərbindəki təhlükəsizlik qüvvələrinə hücum edib-etməmək və necə hücum etmək barədə məsləhətləşmələr aparıblar. 

Lakin Suriya kürdləri iranlı həmkarlarını Vaşinqtonla əməkdaşlıq etməmək barədə xəbərdar ediblər. “Reuters” İranda baş verən proseslərlə bağlı Suriyadakı kürdlərin rəyini öyrənib.

“Ümid edirəm ki, İran kürdləri Amerika ilə ittifaq qurmayacaqlar. Çünki onları tərk edəcəklər. Əgər sabah onlar (ABŞ) ilə iranlılar arasında razılaşma əldə olunarsa, sizi məhv edəcəklər. 

Səhvlərimizi təkrarlamayın”, - Suriyanın şimal-şərqindəki kürd şəhəri Qamışlıda yaşayan 45 yaşlı Saad Ali “Reuters”ə açıqlamasında bildirib.

“Mənim fikrimcə, İrandakı kürdlər qəti mövqe tutmalıdırlar: İrandakı bu kürd bölgələrinin gələcəyi ilə bağlı ABŞ-dan qəti, imzalanmış zəmanətlər olmadan İran ərazisində heç bir müharibəyə girməyəcəklər”, - Kamışlının 26 yaşlı sakini Amjam Kardo belə deyib. 

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr