AZ

IX əsrə aid kütləvi məzarda “nəhəng” skelet aşkarlandı

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın Kembric şəhəri yaxınlığındakı ərazisdə aparılan arxeoloji qazıntılar zamanı eramızın IX əsrinə aid kütləvi məzar aşkar edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məzarda ən azı 10 nəfərə aid insan qalıqları tapılıb, lakin onların arasında təxminən 1,95 metr boyunda olan gənc bir kişinin skeleti alimlərin xüsusi diqqətini çəkib.

Araşdırmaçılar onun kəllə sümüyündə diametri təxminən 2,5 santimetr olan trepanasiya — yəni qədim dövrlərdə tətbiq edilən cərrahi deşik açma əməliyyatının izlərini müəyyən ediblər.

Alimlər bu müdaxilənin, ehtimal ki, böyümə hormonu ilə bağlı yaranmış şişin səbəb olduğu güclü baş ağrılarını azaltmaq məqsədilə edildiyini düşünürlər.

Qeyd edək ki, tapıntılar həmçinin həmin ərazidə Sakson krallıqları ilə vikinqlər arasında baş verən toqquşmalar nəticəsində kütləvi qətl ehtimalını da gündəmə gətirir.

İlk ali təhsilli memarımız - O, niyə özünü güllələmişdi?

“Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir təşkil edildi

Caz: Nyu Orleandan Bakıya uzanan yol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
kulis.az

2Mənbələr