Türkiyə Şimali Kipr Türk Respublikasına 6 ədəd F-16 təyyarəsi yerləşdirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Türkiyə Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini gücləndirmək məqsədilə 6 ədəd F-16 döyüş təyyarəsi və hava müdafiə sistemlərini bu gün KKTC-yə yerləşdirib.
Məlumata görə, bu addım bölgədəki təhlükəsizlik planlaması çərçivəsində həyata keçirilir.
Telegram kanalımız