AZ

Günay Ağamalı qəbul keçirdi

07 mart 2026-cı il tarixində Milli Məclisin deputatı Günay Ağamalının Salyan şəhəri, Heydər Əliyev küçəsi 107 ünvanında yerləşən inzibati binada növbəti vətəndaş qəbulu keçirildi.

Qəbul zamanı vətəndaşlar müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini millət vəkilinin diqqətinə çatdırdılar. Səsləndirilən müraciətlər diqqətlə dinlənildi. Qaldırılan məsələlər üzrə qanunvericiliyin tələbləri və mövcud hüquqi mexanizmlər barədə vətəndaşlara ətraflı məlumat verildi.

Müraciətlərdə əksini tapan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin görüləcəyi bildirildi.

Seçilən
53
sabahinfo.az

1Mənbələr