ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına o və İsrailin baş naziri Benyamin Netanyahu qərar verəcəklər.
Musavat.com xəbər verir ki, Tramp bu barədə "The Times of Israel" qəzetinə verdiyi müsahibədə qərarı təkbaşına, yoxsa Netanyahu ilə birlikdə verəcəyi ilə bağlı suala cavab olaraq danışıb: "Mən qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq".
İsrailin ABŞ-ın iştirakı olmadan İrana qarşı əməliyyatı davam etdirə biləcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Düşünmürəm ki, bu, lazım olacaq".
Musavat.com