AZ

Venesueladan ABŞ-yə 100 milyon dollar həcmində qızıl göndərilib

"ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb".

Hakimiyyet.az xəbər verir ki, bunu ABŞ-nin daxili işlər naziri Duqlas Berqam "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, martın 6-da Venesueladan ABŞ-yə sənaye və kommersiya məqsədləri üçün istifadə olunacaq 100 milyon dollarlıq qızıl göndərilib.

Bundan əvvəl "Axios" portalı ABŞ və Venesuela rəhbərliyi arasında ABŞ-yə külçə şəklində bir tona qədər qızıl tədarükü barədə razılaşma əldə olunduğunu yazmışdı. Məlumata görə, Venesuelanın "Minerven" dövlət şirkəti 650-1 000 kiloqram qızılı "Trafiqura" şirkətinə təhvil verməli, həmin şirkət isə külçələri ABŞ-dəki qızıl emalı zavodlarına çatdırmalıdır.(oxu.az)

Seçilən
84
2
hakimiyyet.az

2Mənbələr